`Oğluma kömək edən yoxdur` - Erməni əsgərin atası


23:32     20 İyun 2016 arman-lazgiryan.jpg

Ermənistan ordusunun Aprel döyüşlərində ciddi itkilərlə yanaşı çoxsaylı yaralısı da var. Yaralıların sayının çox olması dövlətin müalicə işlərini çətinləşdirir. Ermənistan dövləti hətta bir neçə yaralı hərbçinin müalicəsindən imtina edib.


Femida.az Ermənistanın armlur.am saytına istinadən xəbər verir ki, döyüşlərdə ağır yaralanan əsgərlərdən biri də Arman Ləzgiyandır. Erməni mətbuatının yaydığı məlumata görə döyüşlərdə mədəsindən,onurğa sütunundan, nəfəs və qida borusundan ciddi yaralanan erməni əsgəri bu gün ölüm ayağındadır. Valideynlərinin verdikləri məlumata görə dövlət onların övladları ilə maraqlanmır. Atası mövcud vəziyyətlə bağlı danışarkən bunları deyib:

"Oğlum apreldə baş verən döyüşlərdə yaralanıb. Hazırda vəziyyəti pisləşməyə doğru gedir. Bir neçə dəfə əməliyyat olunsa da xeyri yoxdur. Ermənistanda vəziyyət pis olduğu üçün əsgərə baxan yoxdur. Bu biabırçılıqdır. Ona görə mən oğlumu Almaniyaya müalicəyə aparmaq istəyirəm. Buna da pulum çatmır. Ona görə insanlardan pul toplayırıq. Dövlət bizə kömək etmir. "

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2732